Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüşü may ayının 24-də keçirdi.

24 may 2023 | 17:59

Görüşdə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər. Təbriz küçəsindəki 7 nömrəli yaşayış binasının qarşısında keçirilən görüşdə 83 nəfər iştirak edirdi. Şəhər rəhbəri İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında qısa məlumat verdi. Bildirdi ki, ölkə Prezedinti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri uğurla davam edir. Mingəçevirdə də bu qəbildən işlərə ilin əvvəlindən start verilib və artıq bir sıra uğurlu nəticələr əldə olunub. Şəhərin demək olar ki, bütün ərazilərində bunu hiss etmək olar.

Vətəndaşların müraciətləri əsasən zirzəmilərin təmizlənməsi, sahibsiz itlərin zəzrərsizləşdirilməsi, su kanalizasiya xətlərinin, yaşayış binalarının təmiri, iş ilə təminat və s. məsələlərlə bağlı olmuşdur. Sakinlər eyni zamanda şəxsi problemlərini də dilə gətirərək müntəzəm müalicə olunmaq istədiklərini, iş yerlərinin dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etdilər.

İcra başçısı İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər