Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüşü Bağlar yaşayış massivinin sakinləri ilə keçirdi.

18 may 2023 | 17:30

Səyyar qəbul mayın 18-də 20 nömrəli tam orta məktəbin həyətində oldu. Görüşdə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər. Günəşli yaşayış massivinin sakinləri ilə görüşdə 83 nəfər iştirak edirdi. Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə aparılan abadlıq və quruculuq işləri haqqında sakinlərə məlumat verib. Şəhər rəhbəri qeyd etdi ki, vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Mingəçevir şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” (RIH Portal) portalına daxil olmaqla müraciət etmək imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır. Vətəndaşların müraciətləri əsasən, marşurut avtobuslarının vaxt intervalının azaldılması, fərdi evin sənədləşdirilməsi, təmiri üçün köməklik göstərilməsi, evlərdə saxlanılan mal-qaranın küçəni çirkləndirməsi, sahibsiz itlərin zərərsizləşdirilməsi, iş ilə təminat və s. məsələlərlə bağlı olmuşdur. İcra başçısı İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxslərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər