Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Gəncə Hospitalında müalicə olunan mingəçevirli hərbiçilərlə görüşüb

20 sentyabr 2022 | 13:54

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabr ayının 19-da Gəncə Hospitalında müalicə olunan mingəçevirli hərbçilərlə görüşmüşdür. Qeyd edək ki, hərbçilərimiz sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlarına cavab verərkən yaralanmışlar. Hospitalın rəhbərliyi və həkimlərlə səmimi söhbətdən sonra şəhər İcra Hakimiyyətinin başçısı hərbçilərimizin müalicə olunduqları palatalara gəldi. İlk görüş baş leytenant Rüstəmov Əsgər Elman oğlu ilə oldu. 26 yaşlı hərbiçimiz əslən Şəki rayonunun kiçik Dəhnə kəndindəndir. Subaydır. Valideynləri Mingəçevirdə yaşadıqlarından burada böyümüş, təhsil almışdır. Şəhərdəki 1 nömrəli tam orta məktəbi başa vurduqdan sonra hərbi liseyə daxil olub və sonra Hərbi Akademiyanı bitirib. Ali təhsilli mütəxəssis kimi orduda xidmət edir. Şəhər rəhbəri Rüstəmov Əsgər Elman oğlu ilə səmimi görüşüb dost kimi qucqalaşdı. Müalicə vəziyyəti ilə maraqlandı, xoş arzularını bildirdi: “Erməni təxribartçılarına mərdliklə cavab verməyiniz bizi hədsiz sevindirir. Siz qalib ordumuzun layiqli hərbiçilərisiniz. Möhtərəm prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun uğurları, zəfər yürüşləri düşməni yerində oturdub, nəyə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirir. Əsgər və zabitlərimizin şücaəti, xalqla birgə fəaliyyəti ürəkaçandır. Biz sizinlə fəxr edir, qürur duyuruq.” İcra Hakimiyyətinin başçısı Rüstəmov Əsgər Elman oğluna mingəçevirlilərin arzu istəyini çatdırdıqdan sonra onun fikirləri ilə maraqlandı. Arzu və istəklərini dinlədi. Gənc zabit tərəddüd etmədən söhbətə qoşuldu. Onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə, Mingəçevir şəhər İcra Hakimiyyətinə, ictimaiyyətə dərin minnətdarlığını ifadə etdi. Hospitalda onlara hər cür diqqət və qayğı göstərildiyini dilə gətirdi. Ailə qurmaq arzusunda olduğunu bildirdi. Ən başlıcası isə orta təhsil aldığı 1 nömrəli məktəbin kollektivinə, xüsusən ona həyan olub bilik öyrədən müəllimlərə- İradə, Məryəm, Xəyalə, Sima, Cəmilə, Seyran, Sona, Şəlalə, Bəsti müəllimlərə salamlarını çatdırmağı xahiş etdi: “Onlar mənim həyat yoluma işıq salıblar. Mingəçevirdə mənim yaxşı dostlarım var, inşallah, onlarla görüşəcəyəm. Sağaldıqdan sonra yenidən hərbi xidmətimi davam etdirəcəyəm. Bu mənim borcumdur. Orduda bizə hər cür qayğı ğöstərilir.” İcra Hakimiyyətinin başçısı xoş sözlərə görə gənc zabitə təşəkkür etdi və toy mərasiminin təşkilində ona yaxından dəstək olmağa hazır olduğunu bildirdi. İkinci görüş əsgər Hacıyev Ruzi Dəyanət oğlu ilə oldu. Mingəçevir şəhərindəki N.Nərimanov küçəsi 19/1 nömrəli binanın 5 nömrəli mənzilində yaşayan, hərbi xidmətə çağırılan əsgər komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirdiyini dedi. İcra Hakimiyyətinin başçısı Ruziyə tezliklə sağalmağı, hərbi xidmətini davam edirməyi, xidməti müddətini başa vurduqdan sonra ailə həyatı qurmağı arzu etdi. Mingəçevir kənd yaşayış massivindəki Şəfəq küçəsi 39B nömrəli evin sakini, müddətli həqiqi hərbi xidmətdə olan Məmmədov Razil Raqil oğlu ilə görüşən şəhər İcra Hakimyyətinin başçısı İlham İsmayılov ona xoş arzlarını ifadə etdikdən sonra ailə vəziyyəti ilə maraqlandı. Nə kimi dəstəyə ehtiyac duyduğunu soruşdu. Razil Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək idman formasına ehtiyacı olduğunu dilə gətirdi. İcra başçısı məsələnin dərhal həll olunacağını bildirdi və görüşdən sonra Gəncə şəhərindən idman formasını alıb əsgərə təqdim etdi. Ümumiyyətlə, hər bir hərbçimizlə keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı lham İsmayılov onlara ərzaq bağlaması təqdim etməklə xoş arzularını çatdırdı. Görüşdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev, şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Azər Hüseynov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, hospitalın həkimləri- qəbul bölməsinin müdiri Vüsal Məmmədov, Cərrahiyyə bölməsinin müdiri baş cərrah Sidqi Mürsəliyev müşaiyət edirdilər.

Keçidlər