Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Yaddaşlarda qalan görüş oldu

04 noyabr 2022 | 15:48

Noyabr ayının 4-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında Milli Qəhrəman, Vətən müharibəsi qəhrəmanları, vətən müharibəsi zamanı ordenlərlə təltif olunmuş bir qrup Şəhidin valideyni, ailə üzvləri ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü keçirilib. Görüş zamanı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Müharibıdə yaralanmış qazilərimizə şəfalar dilədi. Tezliklə sağalmalarını arzuladı. Şəhər İcra Hakimiyyətinin başçısı bildirdi ki, təkcə birimnci Qarabağ müharibəsi zamanı Mingəçevir şəhərindən 985 nəfər gənc , ikinci Qarabağ müharibəsi zamanı isə 1041 nəfər mingəçevirli torpaqlarımızın azadlığı uğrunda fədakarcasına döyüşmüşdür. Bu gün Şəhidlər Xiyabanında yüzlərlə şəhidimiz uyuyur. Onların hər birinin ruhu qarşısında baş əyir, validylərinə, əzizlərinə səbirlər diləyirik. Bu günkü gürüşü keçirməkdə əsas məqsədimiz də sizinlə həmsöhbət olmaq, fikir və arzularınızı eşitməkdir. Mənim təklifimə əsasən bü günkü görüşə həm də ictimai təşkilatların rəhbərləri dəvət olunublar. Görüşdə Azərbaycanın Milli Qəhrəman Rəşad Mirabovun anası, Qarabağ İctimai Birliyinin sədri Əlağa Bəndəliyev, “Azərbaycan Bayrağı” ordenli Müşfiq Mirzəyevin anası çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əlitevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Hər zaman dövlət başçısının yanında olduqlarını dilə gətirdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak etdirklərinə görə şəhid ailələrinin üzvlərinə minnətdarlığını bildirərək qeyd etdi ki, Zəfər Bayramı günü ərəfəsində Sizinlə görüşmək məndə xoş təəssüratlar yaratdı. Bu bayram münasibəti ilə sizləri təbrik edir, hər birinizə can sağlığı arzulayıram. Mingəçevir şəhər İcra Hakimiyyəti olaraq hər bir şəhid ailəsinə sovqat verməyi qərara almışıq. İctimai təşkilat rəhbərlərindən və Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul şəxslərindən xahiş edirik ki, onun yerlərdə sahiblərinə çatdırılmasını təmin etsinlər. Bu bayram günlərində sislsilə tədbirlər təşkil olunacaq və sizlərin hər birinizin bu tədirlərdə iştirak etməyiniz xoş olar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı 8 noyabr gününədək şəhərdə keçiriləcək tədbirlərin qısa təqdimatını verdi. Və 8 noyabr günü bu tədbirlərin Heydər Əliyev Meydanında geniş konsert proqramı və atəşfəşanlıqla yekunlaşacağını diqqətə çatdırdı.

Keçidlər