Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Şura iclasında müzakirələr aparıldı

26 oktyabr 2022 | 17:29

Oktyabr ayının 26-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib. İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, gündəlikdə 3 məsələ durur. 1. 2022-ci ilin doqquz ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında. 2. Mingəçevir şəhərində ümumi orta təhsilin və uşaqların təhsilə cəlb olunmasının vəziyyəti barədə. 3. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Kombinatında əhaliyə göstərilən kommunal xidmətlərin vəziyyəti haqqında. Birinci məsələ haqqında məruzə ilə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Fərid Məmmədov, ikinci məsələ haqqında “Mərkəzi Aran” Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, üçüncü məsələ haqqında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev hesabat veriblər. Müzakirələrdə şəhər maliyyə şöbəsinin müdiri Sultan Əsədov, Azərbaycan İES MMC-nin direktoru Təhmasib Hüseynov, TRHET liseyin direktoru Aidə İsmayılova, 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyev çıxış etdilər. Şura iclasının gedişi zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan bir çox məsələlərə aydınlıq gətirdi. Konkret tapşırıqlar verdi. Xüsusilə məktəblərin payız-qış mövsümünə hazırlığı vəziyyəti ilə bağlı aidiyyəti qurum rəhbərlərinə xəbərdarlıq etdi. Məktəblərdə təhsilin səviyyəsini yüksəltmək məqsədi ilə məktəb direktorlarına, eləcə də təhsil sektorunun rəhbərliyinə tövsiyələrini bildirdi. Məktəblilərin təhsilə davamiyyətini nəzarətdə saxlamağı və valideynlərlə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə diqqət yetirməyi tapşırdı. Mənzil təsərrüfatı və abadlaşdırma idarəsi və mənzil kommunal təsərrüfatı kombinatında əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində görülən işlərlə yanaşı fəaliyyətlərində müəyyən nöqsan və çatışmazlıqların qaldığın diqqətə çatdıraraq bu sahədə dönüşün artırılmasına daha ciddi yanaşmağı tələb etdi. Binaların ümumi istifadə yerlərində, xüsusilə zirzəlmilərin təmizlənməsi və mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması məqsədi ilə tədbirlər görülməsini, “Dost” İş Mərkəzinin xətti ilə idarələrdə fəaliyyət göstərən işçilərin işə davamiyyətinə nəzarəti və onların əməyindən səmərəli istifadə edilməsini təmin etməyi tapşırdı. Müzakirə olunan məsələlər barədə qəbul olunan qərarların vaxtında yerinə yetirilməsini və nəzarətin artırılmasını şəhər İcra Hakimiyyətinin müvafiq şöbələrinə həvalə etdi. Şura iclasının gündəliyində duran məsələlər barəsində qərarlar qəbul olundu və aidiyyəti təşkilat rəhbərlərinə konkret tapşırıqlar verildi.

Keçidlər