Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər icra Hakimiyyətində növbəti müşavirə keçirildi

03 iyul 2023 | 18:47

03 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının növbəti müşavirəsi keçirildi. Müşavirədə 30 iyun 2023-cü il tarixdə baş vermiş güclü leysan yağışların yaratdığı fəsadların eləcə də həftə ərzində şəhərdə yaranmış problemlərin aradan qaldırılması ilə bağlı müzakirələr aparıldı. İşıqlanma idarəsinin rəisi Azəri İsmayılov Sahil parkının işıqlanmasında yaranmış problemin aradan qaldırıldığını, Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin rəisi Əli Ağamirov şəhər ərazisində baş vermiş təbii fəlakət (leysan, tufan) nəticəsində əsas küçələrdə aşmış ağacların kəsilib götürüldüyü barədə, Kürün sağ sahilindəki küçələrdə işlərin davam etdiyi barədə məlumat verdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Azərsu” ASC, “Azəriqaz” İB, tərəfindən aparılan işlər zamanı küçələrdə qazılmış asfalt örtüyünün bərpa olunması ilə bağlı aidiyyəti üzrə“Azərsu” ASC, “Azəriqaz” İB rəhbərliklərinə məktub hazırlanmasını ŞİH başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovaya tapşırdı. Təbii fəlakət (tufan) nəticəsində dağılmış istinad divarının bərpa olunması, lil basmış Günəşli yaşayış massivinin küçələrinin təmizlənməsi üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevə göstəriş verdi. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və digər aidiyyəti təşkilatların əməkdaşları ilə birgə işçi qrup yaradılıb şəhər ərazisində təhlükəli ağacların aşkar olunub götürülməsi üçün tədbirlər görülməsi barədə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Xanlar Qurbanova göstəriş verdi. Daha sonra müşavirədə yaşayış binalarının dam örtüklərində yağış ötürücü su novlarının təmizlənməsi üçün Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin rəisi Nizami İsmayılova və Mənzil Kommunal Təsərrüfatı Kombinatının direktoru Vidadi Şərifova, şəhər ərazisində baş vermiş təbii fəlakət (tufan) nəticəsində dağılmış fəvvarənin təmiri üçün Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin rəisi Əli Ağamirova, şəhər ərazisində yağış suyunu ötürən su ötürücü xətlərin lildən təmizlənməsi üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevə və Sukanal idarəsinin rəisi Samir Əliyevə, qarpız və digər kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı küçə ticarətinin qarşısının alınması üçün işçi qruplara, su anbarı ətrafında çimərliklərdə vətəndaşlardan əsassız pul istənilməsi ilə bağlı Şəhər Bələdiyyəsinin, 2 saylı SİƏD üzrə Nümayəndəliyinin, Polis şöbəsinin, Memarlıq və tikinti şöbəsinin nümayəndələri birlikdə reyd keçirilməsi barədə Şəhər İcra Hakimiyyəti başçısı aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri İlqar Pirməmmədova tapşırıqlar verildi. Müşavirədə verilən tapşırıqların həftə ərzində ciddi nəzarətdə saxlanılacağı bildirildi.

Keçidlər