Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi.

03 aprel 2023 | 15:34

03 aprel 2023-cü il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sədrliyi ilə müşavirə keçirildi. Müşavirədə başçının müavinləri, aparatın məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər. İlham İsmayılov çıxış edərək Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən verilən tapşırıqların tam və vaxtında icra olunması, şəhər ərazisində qeyri-qanuni tikililərin qarşısının alınması, yaşıllıqlara xüsusi nəzarət edilməsi, Ev təsərrüfatlarının uçotu işlərinin aparılmasının daima nəzarətdə saxlanılması, ŞİH-nin “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə göstərdiyi elektron xidmətlərin üstünlükləri barədə vətəndaşların mütəmadi məlumatlandırılması, şəhər ərazisində magistral və məhəllə daxili yollarda abadlıq, səliqə-səhman işlərinin aparılması ilə bağlı məsələlərə toxundu. Qeyd olunan məsələlər geniş müzakirə olundu. Sonra şəhər rəhbəri həm müzakirə olunan məsələlər barədə, həm də tender elanlarının vaxtında verilməsini, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsinə ciddi nəzarət olunmasını, həmçinin bütün podratçılara bərabər rəqabət mühiti yaradılmasına, Mingəçevir şəhər İcra Hakimiyyətinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 2023-cü il üçün təsdiq edilmiş illik iş planında nəzərdə tutulan tədbirlərin icrasının, tenderlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tam şəffaf keçirilməsinə ciddi yanaşmaları, korrupsiya, mənimsəmə faktlarının olmasına yol verməmələri üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

Keçidlər