Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində küçə ticarətinin qarşısının alınması ilə əlaqədar fövqəladə toplantı keçirilmişdir.

07 dekabr 2023 | 12:29

Müəyyən edilməmiş yerlərdə küçə ticarətinin qarşısının alınması ilə əlaqədar olaraq fəaliyyət göstərən işçi qrupu bir çox nailiyyətlər əldə etsə də bu sahədə hələ çatışmazlıqlar mövcuddur. Bununla əlaqədar olaraq dekabrın 6-da Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında fövqəladə toplantı keçirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Polis şöbəsinin, şəhərdə fəaliyyət göstərən bazarların rəhbərləri, qida təhlükəsizliyinin, ictimaiyyət nümayəndələrinin təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov son zamanlar müəyyən edilməmiş yerlərdə, eyni zamanda bazarların ətrafinda yaradılmış antisanitariya vəziyyətindən bəhs edərək bildirmişdir ki, bu sahədə qayda-qanunun yaradılmasına böyük ehtiyac duyulur. Apardığımız əməli işlərə baxmayaraq yenə də çatışmazlıqlar baş alıb gedir. İstərdik ki, konkret təkliflər irəli sürülməklə vətəndaşları narahat edən bu problemin həlli yolları müzakirə olunaraq əməli işlər görülsün. Tədbirdə Polis şöbəsinin xidməti üzrə rəis müavini Azər Həsənov, mərkəzi bazarın rəisi əvəzi Rahil Tağıyev, qida təhlükəsizliyinin nümayəndəsi Elvin Qasımov, “Yaşar” firmasının rəhbəri Kamil Əsədov, həmçinin İnqilab Şirinli, İxtiyar Həsənli, Fərman Nəbiyev və başqaları çıxış edərək öz fikirlərini bölüşdülər, təklif və mülahizələrini söylədilər. Qərara alındı ki, mərkəzi bazarda və digər bazarlarda yaranmış şərait təhlil olunaraq yerlərdə baxışlar keçirilsin və müvafiq qərarlar qəbul edilsin.

Keçidlər