Şriftin ölçüsü :
Saytın rəngi :
Novruz bayramı ərəfəsində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimai təşkilatların sədrləri ilə görüşmüşdür. Keçirilən görüşdə Şəhid ailələri müdafiə cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ Əlilləri və Şəhid ailələri cəmiyyətləri ictima birliyinin sədri Əlağa Bəndəliyev, Qarabağ qaziləri ictimai birliyinin Mingəçevir filialının sədri Məxluq Həsənov iştirak edirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş iştirakçılarını salamlayaraq qarşıdan gələn Novruz bayramı və Ramazan bayramı münasibətilə onları təbrik etmiş və ölkəmizdə Qarabağ qaziləri və Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs etmiş, ölkə rəhbərinin tapşırıq və göstərişlərinə müvafiq olaraq bu qəbildən olan insanlara qayğı göstərildiyini bir daha diqqətə çatdırmışdır. Bu baxımdan Mingəçevirdə məskunlaşan Şəhid ailələrinə, Vətən müharibəsində mərdliklə vuruşaraq qazi olmuş sakinlərə hər an qayğı göstərildiyini bildirmişdir. Novruz bayramı ərəfəsində şəhər İcra Hakimiyyətinin xətti ilə Şəhid ailələrinə və qazilərə dəstək durulduğunu xatırlatmışdır. Cəmiyyət sədrlərinə bildirilmişdir ki, onların Novruz bayramlarını təbrik etmək üçün şəhər İcra Hakimiyyəti tərəfindən şəhər üzrə 494 şəhid ailələri və müharibə əlillərinə ərzaq bağlaması hazırlanmış və onlar sizin dəstəyinizlə onlara çatdırılacaqdır.
Görüşdə cəmiyyət sədirlərindən İranə Həsənova, Əlağa Bəndəliyev ,Məxluq Həsənov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.