Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Fəallar yığıncağı keçirildi

29 iyun 2022 | 09:34

Toplantını giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov toplantnın keçirilməsinin məqsəd və məramını açıqladı. Bildirdi ki: “Son vaxtlar şəhərin park və xiyabanlarında küçə və ticarət obyektlərində özbaşınalıqların baş alıb getməsi sakinlərin hədsiz narazılığına səbəb olmuş və bununla əlaqədar şəhər İcra Hakimiyyətinə çoxsaylı müraciətlər daxil olmuşdur. Bunu əsas tutaraq bu günkü toplantını keçirmək qərara alınmışdır. Bu gün biz 4 məsələ ətrafında müzakirə aparmağı məqsədəuyğun hesab edirik. 1. Sahil parkı, Dostluq, Nəsimi və eləcə də digər parklarda sakinlərin istirahətinin kobud şəkildə pozulması, işbazların heç bir qanunlara əməl etmədən yersiz fəaliyyətlər göstərmələri haqqında. 2. Küçə ticarətində özbaşınalıqların baş alıb getməsi, səkilərdə gediş-gəlişlərin çətinləşdirilməsi haqqında, 3. Mingəçevir bazarlarına gələn avtobusların qeyri-qanuni fəaliyyətləri və şəhərin çirklənməsinə şərait yaratmaları haqqında, 4. Qanunsuz tikililərin baş alıb getməsi haqqında. Qeyd etmək istərdim ki, qeyd olunan məsələlərin aradan qaldrılmasında ictimaiyyət nümayəndələrinin, mətbuat işçilərinin dəstəyi ürəkaçandır. Lakin eyni zamanda xatırlatmaq istəyirəm ki, qeyri qanuni iş görən işbazlar heç nədən çəkinmədən insanların hüquqlarını kobud şəkildə pozur, yersiz fəaliyyətləri ilə şəhərin təmizliyinın, ab- havasının qorunmasına xələl gətirirlər. Çox istərdim ki, bu günkü yığıncağa toplanmış fəallar bütün bu xoşagəlməz halların aradan qaldırılması üçün öz sözlərini deməklə Mingəçevir şəhər İcra Hakimiyyətinə dəstək olsunlar. Təbii ki, şəhər öz gözəlliyi ilə, səliqə sahmanı ilə həmişə diqqəti cəlb edib və bundan sonra da cəlb edəcək. Biz yol verə bilmərik ki, şəhid ailəsə və yaxud qazilərin adından istifadə edən bu işbazlar bu gözəlliklərə kölgə salsınlar. Bununla əlaqədar olaraq şəhər İcra hakimiyyətində xüsusi sərəncam hazırlanıb və bu sərəncamın yerinə yetirilməsində hər kəsin töhfəsi olmalıdır.” Toplantıda şəhər fəallarndan Mirzə Cavadov, İxtiyar Həsənli, Fərman Nəbiyev, Əmir Orucov, Oqtay Cəfərov, Rizvan Mikayıllı, şəhər İcra Hakimiyyətinin başçısının müavini Məhluqə Cavadova çıxış edərək qaldırılan məsələlərə öz münasibətlərini bildirdilər. Kəskinliklə qeyri-qanuni fəaliyyət göstərən, qanunsuz tikililərə yol verən içbazlara qarşı ciddi iş görülməsinin vacibliyiini diqqətə çatdırdılar. Görüşdə iştirak edən şəhər polis şöbəsinin rəlsi, polis polkovniki Ədalət Əliyev polisin hər zaman qanunsuzlaqlara qarşı kəskin mübarizə apardığını dilə gətirdi və əminliklə bildirdi ki : “ Biz şəhər İcra hakimiyyətinə hər vasitə ilə dəstək durmağa hazırıq. Tərtib olunmuş sərəncama müvafiq olaraq polis şöbəsi əməkdaşları keçirilən tədbirlərdə yaxından iştirak etməyə hazırdır.” O eyni zamanda bir sıra təklif və mülahizələrini də söylədi. Yekun olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sərəncama müvafiq olaraq yaradılmış işçi qruplarına təpşırıq və tövsiyələrini bildirdi.

Keçidlər