Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin üzvləri ilə görüş keçirildi

15 fevral 2024 | 17:14

Fevral ayının 15-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin üzvləri ilə görüşmüşdür. Görüşdə öncə Əfqanıstan müharibəsində və torpaqlarımzın qorunması, azad olunması uğrunda həlak olan vətən övladlarının, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Şəhər rəhbəri fevral ayının 7-də Azərbaycanın ərazi bütövlüyü tam təmin olunduqdan sonra keçirilən növbədənkənar prezident seçkilərinin uğurla başa çatmasından bəhs etmişdir. Azad olunan yurd yerlərimizdə də seçkilərin böyük ruh yüksəkliyi ilə keçirildiyini diqqətə çatdıran şəhər rəhbəri dünya arenasında böyük nüfuz sahibi olan, 30 ildən artıq bir müddət ərzində düşmən əsarətində qalan torpaqlarımızın azad olunmasına nail olan və Azərbaycanın Xankəndi şəhərində səs verərək böyük Zəfərimizin təntənəsini bir daha dünyaya nümayiş etdirən İlham Əliyevin, seçkilərdə 92,12 faiz səs toplayaraq xalqın etmadını qazandığını xüsusilə vurğulamışdır. Qeyd olunmuşdur ki, bu seçkilərdə mingəçevirlilər də böyük fəallıq nümayiş etdirmiş, cənab Prezidentimizə etimad göstərmişlər. Şəhər rəhbəri bildirmişdir ki, bu il sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 35 illiyidir. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə Əfqanıstan veteranlarına dövlət qayğısı artırılır. Sizlər böyük fədakarlıq nümayiş etdirmisiniz, həmçinin birinci Qarabağ müharibəsində iştirakınızla vətənpərvərlik nümunəsi göstərərək torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə iştirak etmisiniz. Bununla yanaşı, şəhərimizin ictimai tədbirlərində fəallıq göstərir, təhsil ocaqlarında məktəblilərlə, tələbələrlə görüşür, vətənpərvərlik tərbiyəsinin aşılanmasında xidmətlərinizi əsirgəmirsiniz. Bir gün əvvəl, fevral ayının 14-də cənab prezidentin andiçmə mərasimində də yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı öz platformasını təqdim etdi və burada da diqqət ilk növbədə hərbimizin gücləndirilməsinə və gənclərin vətənpərvərlik tərbiyəsinin artırılmasına yönəlib. Bu xalqımızın liderinin gücünun və siyasi səriştəsinin nümayişidir, dövlətimizin iqtisadi və siyasi qüdrətinin artırılmasına yönələn növbəti addımdır, gənclərə, yeni nəslə göstərilən diqqət və qayğının nümunəsidir. Mən sizlərlə görüşdən məmnunam, hər birinizə cansağlığı arzulayıram.

Çıxış edən Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin sədri Elşən İbrahimli bildirdi ki, Əfqanıstan müharibəsində 8 mingəçevirli həlak olub, əfqan döyüşçüləri 1-ci Qarabağ müharibəsində də fədakarlıq göstərib, bu müharibədə 3 üzvümüz şəhid olub. Biz hər zaman gənclərlə görüşürük, onlarən vətənə məhəbbət hisslərinin genişlənməsinə töhfələr veririk. Ölkəmizin inkişafına və qüdrətlənməsinə görə fərəh hissi keçiririk və keçirilən seçkidə Prezidentimizə səs verərək onun siyasi xəttini dəstəklədiyimizi bir daha göstərdik. Doğma Mingəçevirimizdə həyata keçirilən geniş və müasir abadlıq- quruculuq işlərini təqdir edir və fərəhlənirik. Çünki, bu müstəqil Azərbaycanın daha bir uğurudur, dövlətimizin başçısının regionlara göstərdiyi diqqət və qayğının təzahürüdür.

Görüş iştiraklçıları öz arzu və təkliflərini də dilə gətirdilər. Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər