Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuranın üzvlüyünə seçkilərlə bağlı məlumat

18 iyul 2022 | 14:46

Mingəçevir şəhər İcra Hakimiyyətinin (bundan sonra icra hakimiyyəti) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai şuranın tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır. Seçki komissiyasına 09.06.2022-ci il tarixdən 23 iş günü müddətində vətəndaş cəmiyyəti institutlarından Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyən 13 nəfər müraciət etmişdir. Seçki komissiyasının 14.07.2022-ci il tarixli iclasında 13 nəfərin namizədliyi təsdiq edilmiş və seçkiyə buraxılmaları tövsiyə edilmişdir. Seçkinin 16 iyul 2022-ci il tarixdə saat 10:00-dan 12:00-dək Şahmat məktəbində keçirilməsi nəzərdə tutulmuş, bu barədə bütün məlumatlar əvvəlcədən şəhər İcra Hakimiyyətinin saytında yerləşdirilmişdir. Seçki günü namizədlər və onların bərabər sayda təmsilçiləri komissiya üzvlərinin və mətbuatın iştirakı ilə saat 10:15-dən 12:15-dək seçkidə iştirak etmişlər. Seçki demokratik qaydada “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816 IVQ nömrəli qanununun 6.1-ci maddəsinə və Nazirlər kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın Vətəndaş cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3-cü bəndinə əsasən keçirilmişdir. Komissiyanın qərarı ilə müəyyənləşdirilmiş 13 namizəd və hər namizədin 10 nəfər təmsilçilərindən ibarət cəmi 138 nəfər seçkilərə daxil olunmuşdur. 13 namizəd arasında gedən mübarizədə əvvəlcədən müəyyənləşən 9 yer uğrunda səffaf seçki aparılmış və nəticədə Əsasnamənin tələblərinə uyğun olaraq 9 nəfər seçilmişdir. Həmin gün seçkinin nəticəsi namizədlər və media nümayəndələrinin qarşısında elan edilmiş və protokol tərtib edilmişdir. Nəticələrə görə aşağıda adları qeyd olunmuş şəxslər İctimai şuranın üzvlüyünə seçilmişdir:

1. Babayev Əbülfət Musa - “Qarabağ Qaziləri” İB-nin şəhər filialının sədr müavini

2. Bəndəliyev Əliağa Bəndalı - “QMVƏŞA” İB şəhər şöbəsinin sədri

3. Həsənov Vaqif Yaqub - “Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nin sədri

4. Qasımlı Zahid Allahverən - “İqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nin sədr müavini

5. Mikayıllı Rizvan Aslan - “Şəhər Veteranları Şurası” sədr müavini

6. Nəbiyeva Yeganə Əkrəm - “Valideynlər Assosiasiyası” İB-nin üzvü

7. Nəbiyev Fərman Bəhram - “Mingəçevir işıqları” qəzetinin baş redaktoru

8. Şirinov İnqilab Xosrov - “Kanal-32” Media şəbəkəsinin baş direktoru

9. Tağıyeva Vüsalə Vahid - “Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti” İB-nin üzvü

 

Komissiyanın sədri                 Hikmət Kərimov

Keçidlər