Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yanvar və fevral aylarında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
29 mart 2024 | 18:34
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yanvar ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
2024 cü ilin yanvar ayı ərzində şəhər İcra Hakimiyyətinin başçısı İ.Qayıbov, V.Hüseynov, M.Ə.Sabir, C.Əliyev küçələrində 4 səyyar görüş keçirmiş və 260 nəfər iştirak etmişdir. 31 nəfər vətəndaş tərəfindən 48 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən məhəllədaxili asfaltlanma işlərinin görülməsi, binaların təmiri, suvarma xəttinin çəkilməsi, kanalizasiya xətlərinin təmiri, işlə təmin olunma, binanın qarşısına oturacaq qoyulması, məhəllə daxili abadlıq işlərinin aparılması, ağacların budanması, binaların dezinfeksiya olunması, binalarda istilik sisteminin bərpa olunması ilə bağlı olmuşdur. Qaldırılan məsələlərin 15-i müsbət həll olunmuş, 33 müarciətə isə qanuna müvafiq izahat verilmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının fevral ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
2024 cü ilin fevral ayı ərzində şəhər İcra Hakimiyyətinin başçısı S.Vurğun, N.Nərimanov, R.Rza, Z.Həsənova küçələrində 4 səyyar görüş keçirmiş və 281 nəfər iştirak etmişdir. 30 nəfər vətəndaş tərəfindən 66 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən məhəllədaxili işıqlanma, məhəllədaxili abadlıq işlərinin aparılması, binanın qarşısına oturacaq qoyulması, asfaltlanma işlərinin görülməsi, ağacların budanması, binaların təmiri, binaların dezinfeksiya olunması, suvarma xəttinin çəkilməsi, kanalizasiya xətlərinin təmiri, işlə təmin olunma, binalarda istilik sisteminin bərpa olunması ilə bağlı olmuşdur. Qaldırılan məsələlərin 23-ü müsbət həll olunmuş, 3-ü icraatdadır, 40 müarciətə isə qanuna müvafiq izahat verilmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi