Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının yanvar ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
26 fevral 2025 | 12:26
2025-ci ilin yanvar ayı ərzində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Puşkin, M.Ə.Sabir, C.Əliyev, A.Məmmədov küçələrinin sakinləri ilə 4 səyyar görüş keçirmiş və görüşdə 250 nəfər iştirak etmişdir. 30 nəfər vətəndaş tərəfindən 44 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən kanalizasiya xətlərinin təmiri, kanalizasiya xətti çəkilişi zamanı qazılmış yolların bərpası, yolların asfaltlanması, binaların təmir olunması, binaların qarşısına kölgəlik, oturacaq, uşaq əyləncə, idman qurğuları qoyulması, məhəllələrin abadlaşdırılması, ağacların budanması, sahibsiz itlərin zərərsizləşdirilməsi və s. ilə bağlı olmuşdur. Qaldırılan məsələlərin 20-i müsbət həll olunmuş, 24 müraciətə isə qanuna müvafiq izahat verilmişdir.