Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının sentyabr ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
24 oktyabr 2024 | 15:45
2024 cü ilin sentyabr ayı ərzində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ş.İ.Xətai, İ.Qayıbov, Y.Mansurov, R.Rza küçələrinin sakinləri ilə 4 səyyar görüş keçirmiş və görüşdə 295 nəfər iştirak etmişdir. 40 nəfər vətəndaş tərəfindən 69 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən kanalizasiya xətlərinin təmiri, binaların dezinfeskiya olunması, binaların qarşısına kölgəlik və oturacaq qoyulması, binaların dam örtüklərində təmir işlərinin aparılması, işlə təmin olunma, binaların istilik sisteminin bərpası, binaların təmiri ilə bağlı olmuşdur. Qaldırılan məsələlərin 37-i müsbət həll olunmuş, 32 müraciətə isə qanuna müvafiq izahat verilmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi