Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının oktyabr ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
25 noyabr 2024 | 11:09
- 2024 cü ilin oktyabr ayı ərzində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov M.F.Axundov, M.H.Şəhriyar, Y.Muradov, A.Məmmədov küçələrinin sakinləri ilə 4 səyyar görüş keçirmiş və görüşdə 343 nəfər iştirak etmişdir. 33 nəfər vətəndaş tərəfindən 53 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən kanalizasiya xətlərinin təmiri, binaların dezinfeskiya olunması, binaların qarşısına kölgəlik və oturacaq qoyulması, binaların təmir olunması, binanın dam örtüyündə su novlarının təmizlənməsi, ağacların budanması, işlə təmin olunma, sahibsiz itlərin zərərsizləşdirilməsi bağlı olmuşdur. Qaldırılan məsələlərin 27-i müsbət həll olunmuş, 26 müraciətə isə qanuna müvafiq izahat verilmişdir.