Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının may ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
09 iyul 2024 | 14:54
2024 cü ilin may ayı ərzində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov A.Məmmədov, M.Rəhimov, Y.Mansurov, İ.İslamzadə, Ə.Vahid, M.Füzuli küçələrində 6 səyyar görüş keçirmiş və 470 nəfər iştirak etmişdir. 46 nəfər vətəndaş tərəfindən 75 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən binaların dam örtüklərində yağış sularını ötürən novların təmizlənməsi, binanın qarşısına kölgəlik və oturacaq qoyulması, məhəllədaxili işıqlanma, məhəllədaxili abadlıq işlərinin aparılması, asfaltlanma işlərinin görülməsi, qurumuş ağacların budanması və ya kəsilməsi binaların təmiri, kanalizasiya xətlərinin təmiri, işlə təmin olunma ilə bağlı olmuşdur. Qaldırılan məsələlərin 32-sı müsbət həll olunmuş, 43 müarciətə isə qanuna müvafiq izahat verilmişdir.