Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının iyul ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə ümumi məlumat
20 avqust 2024 | 14:32
2024 cü ilin iyul ayı ərzində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ü.Hacıbəyov, Təbriz, Naxçıvan, 20 Yanvar küçələrində 4 səyyar görüş keçirmiş və 265 nəfər iştirak etmişdir. 41 nəfər vətəndaş tərəfindən 67 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən kanalizasiya xətlərinin təmiri, binanın qarşısına kölgəlik və oturacaq qoyulması, işlə təmin olunma, binaların dam örtüklərində yağış sularını ötürən novların təmizlənməsi, binaların istilik sisteminin bərpası, məhəllədaxili işıqlanma, məhəllədaxili abadlıq işlərinin aparılması, asfaltlanma işlərinin görülməsi, qurumuş ağacların budanması və ya kəsilməsi, binaların təmiri ilə bağlı olmuşdur. Qaldırılan məsələlərin 13-ü müsbət həll olunmuş, 54 müarciətə isə qanuna müvafiq izahat verilmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi