Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının iyul ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
31 iyul 2023 | 17:14
2023 cü ilin iyul ayı ərzində şəhər İcra Hakimiyyətinin başçısı M.Maqomayev, N.B.Vəzirov, Ə.Vahid, İ.Qayıbov küçələrində 4 səyyar görüş keçirmiş və 250 nəfər iştirak etmişdir. 45 nəfər vətəndaş tərəfindən 81 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən məhəllədaxili asfaltlanma işlərinin görülməsi, binaların təmiri,suvarma xəttinin çəkilməsi, kanalizasiya xətlərinin təmiri, işlə təmin olunma, binanın qarşısına oturacaq qoyulması, məhəllə daxili abadlıq işlərinin aparılması, ağacların budanması, binaların dezinfeksiya olunması, binalarda istilik sisteminin bərpa olunması ilə bağlı olmuşdur. Qaldırılan məsələlər üzrə verilmiş 42 tapşırıq müsbət həll olunmuş, 39 müarciətə isə qanuna müvafiq izahat verilmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi