Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov Tərəvəzçilik sovxozu yaşayış massivindəki sakinlərlə növbəti səyyar görüş keçirildi

06 oktyabr 2023 | 15:44

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin digər rəhbər şəxsləri, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri ilə birgə növbəti səyyar görüş keçirib. Səyyar qəbul oktyabr ayının 5-də Tərəvəzçilik sovxozu yaşayış massivindəki 5 nömrəli tam orta məktəbdə oldu. Bahar, Əkinçi, Kənar, Bozdağ vəs küçələrinin sakinləri ilə görüşdə 70 nəfər iştirak edirdi.

Şəhər rəhbəri İlham İsmayılov görüş öncəsi çıxış edərək ölkəmizdə və Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, cənab Przident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində, xüsusilə Qarabağ bölgəsində böyük quruculuq işləri həyata keçirilir. Artıq keçmiş məcburi köçkünlər öz yurd yuvalarına qayıdırlar. Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ bölgəsində təxribatlar törədən separatçı qüvvələr məhv edilmiş, onların rəhbərləri həbs olunaraq qanun qarşısında cavab verməyə cəlb olunmuşlar. Bu gün cəsarətlə demək olar ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuşdur. Ölkə rəhbərinin tapşırığına müvafiq olaraq Mingəçevirdə də abadlıq-quruculuq işləri səngimir. Sakinləri narahat edən problemlərin həlli istiqamətində əməli işlər görülür. Xüsusilə kanalizasiya sisteminin bərpası istiqamətində xeyli iş görülür. Bu gün həmin işlər 82 faizə qədər yerinə yetirilmişdir. Yaxın gələcəkdə işlərin tam başa çatdırılması həyata keçiriləcək. Mingəçevirdə insanları narahat edən işsizlik problemi də tədricən aradan qaldırılmaq üzrədir. Statistik məlumata əsasən hazırda şəhərimizdə 24 minə yaxın işsiz vardır. İşsizliyn aradan qaldırılması məqsədi ilə Azərbaycan İES ərazisində yeni stansiyanın tikintisi, keçmiş regenerat zavodu ərazisində fabriklərin yaradılması məqsədi ilə tədbirlərin görülməsi, Mingəçevir Dövlət Univerisitetinin yeni kampusunun tikintisi və eləcə də sahibkarların fəaliyyəti nəticəsində yeni iş yerlərinin açılması bizə imkan verir ki, bu sahədə müəyyən irəliləyişə nail olaq.

Sonra görüşdə iştirak edən vətəndaşlar çıxış edərək mingəçevirlilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Sakinlər bəzi ərazilərdə kanalizasiya sisteminin yenidən qurulması zamanı sıradan çıxmış yolların təmir olunmasına, yollara təhlükəsizlik nişanlarının qoyulmamasına, işsizliyin aradan qaldırılmasına və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Qəbul zamanı 11 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.

Keçidlər