Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyətində Milli Mətbuatın 148 illiyi qeyd olundu

22 iyul 2023 | 12:24

İyulun 22-də Mingəçevir şəhər İcra Hakimiyyətində Milli Mətbuatın yaranmasının 148 illiyi münasibəti ilə tədbir keçiriib. Tədbirə Mingəçevirdə fəaliyyət göstərən qəzet və media nümayəndələri, ictimaiyyət fəalları dəvət olunmuşlar. Tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra Milli Mətbuatın yaranması tarixi haqqında qısa məlumat verdi. Qeyd etdi ki, ölkəmizin hər yerndə Milli Mətbuatın yaranmasının 148-ci ildönümü böyük təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Przidenti İlham Əliyevin rəhbərliyi ilə iyulin 21-də Şuşa şəhərində keçirilən Foruma dünyanın 50 ölkəsindən media təmsilçiləri və siyasi ekspertlər dəvət olumuşlar. Cənab Prezident Forumda iştirak etməklə onun işinə yeni ahəng qataraq jurnalistikaya, mediaya olan ehtiramını nümayiş etdirmiş, jurnalistləri və ekspertləri maraqlandıran çoxsaylı suallara aydınlıq gətirmişdir. 44 günlük Vətən müharibəsində qazanılan uğurlardan danışan dövlətimizin başçısı həmin dövrdə və sonradan mətbuat işçilərinin xidmətlərindən bəhs etmişdir. Şəhər rəhbəri Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrlərində mətbuata göstərdiyi diqqət və qayğını xüsusi xatırlatmışdır. Mətbuat Günü münasibəti ilə təbrklərini çatdıran İ.İsmayılov dövlətimizin inkişafı, Mingəçevirin gözəlləşməsi yolunda fəaliyyətini əsirgəməyən jurnalistlərin də əməyini nəzərə çatdırmışdır. Tədbirdə çıxış edən “Mingəçevir“ qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Fərman Nəbiyev, İsmayıl İmanzadə, Ehtiram Muradov, İnqilab Şirinli, İslam Şirinov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmiş, bundan sonrakı fəaliyyətlərində də şəhərimizin və ölkəmizin tərəqqisinə öz töhfələrini verəcəklərini bildirmişlər. Şəhər rəhbəri jurnalistləri maraqlandıran suallara aydınlıq gətirmişdir.

Keçidlər