Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində geniş konset proqramı təqdim olundu

20 may 2022 | 11:20

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 270 illinə həsr olunmuş “Qarabağın tacı Şuşa” adlı proqramda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Bərdə Reional Mədəniyyət İdarəsinin müdiri Vəsilə Möhsümova iştirak edirdilər. Geniş ictimaiyyət nümayəndələri və mətbuat işçilərinin iştirakı ilə mayın 20-də Heydər Əliyev Mərkəzində təşkil olunan konsert iştirakçılarda xoş əhval ruhiyyə yaratdı. Proqrama uyğun olaraq Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin orkestri , Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin müəllimlərindən ibarət xor kollektivi, Şəhid Fəxrəddin Qasımov adına uşaq incəsənət məktəbinin “İnci” xor kollektivi, Beynəlxalq və Respubika müsabiqəsinin qalibi şəhid Fəxrəddin Qasımov adına uşaq incəsənət mıəktəbinin “Banu” rəqs qrupu (kiçik və böyük yaş qrupları), Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimi Pərvanə Soltanova, Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimlərindən ibarət vokal qrupu çıxış etdilər. Müqənnilər Oktay Vəliyev, Zülfiyyə Hacıyeva, Xəqani Abdullayev və Xəyal İsmayılovun ifalarında Qarabağ Şikəstəsi təqdim olundu. Həmin gün iştirakçılar Şuşa haqqında sərgiyə baxış keçirdilər, “Gen ” Production -Şuşa haqqında video çarxı nümayiş olundu. Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək konsert proqramı haqqında xoş sözlərini dilə gətirdi və təşkilatçılara minnətdarlığını bildirdi.

Keçidlər