Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Fövqəladə Hallar Kamisiyasının məlumatı

01 iyul 2023 | 12:28

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Kamisiyasının verdiyi məlumata əsasən 30.06.2023-cü il tarixdə saat 20:10 dan saat 21:25-dək əsən orta sürəti 14m/saniyədən başlayan maksimum 30 m/s-yə qədər yüksələn şimal-qərb küləyi və yağan leysan yağış nəticəsində şəhərin müxtəlif ərazilərində ilkin olaraq 30-a yaxın ədəd ağac aşmış, hərəkət məhdudlaşmış və elektrik enerjisində fasilələr yaranmışdır. Günəşli yaşayış massivinin 13-cü küçəsindən keçən Dövlət Su Ehtiyatları Agentliyinə məxsus suvarma kanalının istinad divarı aşmış, küçəni və Nəsimi parkının giriş hissəsini lil basmışdır. Şəhərin bir neçə yaşayış binalarının dam örtüklərində damma hadisəsi baş vermis, Koroğlu küçəsi 25 nömrəli binanın 10 nömrəli mənzilininin dam örtüyünün 10 kv.m hissəsini külək atmış, Nizami küçəsində yerləşən Mənzil Tikinti Koperativinə məxsus hündürmərtəbəli yaşayış binasının dam örtüyündən qopan hissəsi yaxınlıqdakı dövlət mənzil fonduna aid olan Nizami küçəsindəki 12 nömrəli binanın 55 nömrəli mənzilinin eyvanının dam örtüyünün 2.5 kv.m hissəsini əzmişdir. Şəhərin kommunal təsərrüfat müəssisələri tərəfindən dərhal təbii fəlakətin fəsadlarıının aradan qaldırılması istiqamətində işlərə başlanılmışdır. İlk növbədə yolu kəsən ağaclar götürülmüş yolların hərəkəti bərpa olunmuş, elektrik enerjisinin təchizatı bərpa edilmişdir. Hal-hazırda bu sahədə işlər davam etdirilir.

Keçidlər