Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər ərazisində müvəqqəti qeydiyyatda olan keçmiş məcburi köçkünlərə ödənilən aylıq müavinətin başa çatma müddətləri mövzusunda maarifləndirici görüş keçirildi

07 dekabr 2023 | 18:05

06.12.2023-cü il tarixində “2023-2026-cı illər Kommunikasiya Planı”na uyğun olaraq Mingəçevir şəhər ərazisində müvəqqəti qeydiyyatda olan keçmış məcburi köçkünlərə ödənilən aylıq müavinətin başaçatma müddətləri üzrə aparılacaq təbliğat-izahat işlərinə dair Tədbirlər Planının icrası ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər nümayəndəliyinin birgə əməkdaşlığı ilə Mingəçevir şəhəri ərazisində məcburi köçkünlərin kompakt məskunlaşdığı 504 mənzilli qəsəbədəki Mənzil Kommunal İstismar Sahəsinin akt zalında ərazisi işğaldan azad edilmiş rayon İcra Hakimiyyətlərinin səlahiyyətli nümayəndələrinin və qəsəbə ərazisində yaşayan məcburi köçkün əhalinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, Qərbi Azərbaycan İcmasının nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyasının yaradılmasının əhəmiyyətindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Azərbaycançılıq, vətənpərvərlik mövzularından, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər