Mingəçevir Polis şöbəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan Dövlətinin qurucusu,Heydər Əliyev ideyaları əsasında Hüquqi dövlət və Azərbaycan polisinin formalaşması”mövzusunda konfrans keçirib.
04 may 2023 | 16:49
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Mingəçevir şəhərində ucaldılmış abidəsini ziyarət edib,önünə gül dəstələri qoyduqdan sonra, tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzində yaradılmış Ulu öndərə həsr edilmiş sərgi ilə tanış olublar. Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı” filminə baxılıb. Tədbiri giriş sözü ilə açan ŞPŞ rəisi, polkovnik Ədalət Əliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Daha sonra konfransda iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “Müstəqil Azərbaycan Dövlətinin qurucusu,Heydər Əliyev ideyaları əsasında Hüquqi dövlət və Azərbaycan polisinin formalaşması”mövzusunda Cinayət axtarış bölməsinin rəisi,polis kapitanı Murad Qurbanov,İstintaq bölməsinin rəisi Elxan Əfəndiyev,Təhqiqat bölməsinin baş təhqiqatçısı,polis kapitanı Cavid Kərimov geniş məruzələrlə çıxış ediblər. Məruzəçilər qeyd ediblər ki, qürur hissi ilə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, cənab prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.