Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Gənclər Evində “Gənclər Günü” qeyd edildi

31 yanvar 2023 | 11:50

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mİngəçevir şəhərində silsilə tədbirlərin keçirilməsi böyük marağa səbəb olur. Belə tədbirlərdən biri də yanvar ayının 31-də Mingəçevir Gənclər Evində baş tutmuşdur. YAP Mingəçevir şəhər təşkilatı, Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin birgə təşkil etdiyi tədbirdə şəhərin fəal gəncləri, 44 Günlük Vətən müharibəsində döyüşən qazilər iştirak ediblər. Tədbiri açan Mİngəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli 2 fevral Gənclər günü münasibəti ilə təbriklərini çatdıraraq qeyd etmişdir ki, dövlətimizin başçısı İlham Əlievin müvafiq sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması xalqımızın, xüsusilə gənclərin bu dahi şəxsiyyətin həyat yolunu öyrənməsinə imkan verəcək. Fevral ayının 2-si Azərbaycan Gəncləri Günüdür. 1994-cü ildə ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Gənclər Gününün təsis olunması , o cümlədən 1999-cu ildə ilk dəfə olaraq Gənclər üçün Dövlət Proqramının hazırlanması, sonradan dövlətimizin başçısı İlham Əliyev tərəfindən 3 dəfə Gənclər üçün Dövlət Proqramınnın təsdiq edilməsi gənclərə göstərilən diqqətin təzahürüdür. Məruzə ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ulu öndərin rəhbərliyi ilə Azərbaycanin inkişafı və tərəqqisi naminə həyata keçirilən işlərin bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə şücaət göstərən qazilərimizin bu konfransda iştirak etməsi fərəhimizi artırır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzulayırıq. Məruzəçi Ulu öndər Heydər Əliyevin həyat yoluna nəzər saldı, gənclərə ölkə rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs etdi. O ölkə gənclərinin hər bir sahədə irəliləyiş əldə etdiyini bildirdi. 44 günlük Vətən müharibəsində vətənpərvərlik ruhu ilə döyüşən əsgər və zabitlərimizin qəhrəmanlıq yolundan danışdı. Sonda biz Azərbaycan gəncləri cənab prezidentimizn ətrafında birləşməklə ölkəmizin inkişafı yolunda öz töhfələrimizin veririk, deyərək gəncləri 2 fevral gənclər günü münasibəti ilə təbrik etdi, xoş arzularını çatdırdı. Konfransda Mingəçevir Gənclər Evinin dərnək rəhbəri Eşqin Məmmədov ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan, gənclərin təhsili, işlə təmin olunması üçün geniş imkan yaradılmasından danışaraq qeyd etdi ki, biz Mingəçevir gəncləri təhsilimizlə, qazandığımız uğurlarla dövlətimizə xidmət edirik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əilyevin rəhbərliyi ilə Milli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər dövlətimizin nüfuzunu artırıb, biz gənclərin də qürurunu artırır. Konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Rövşən Məmmədov gəncləri təbrik edərək arzularını çatdırdı. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

Keçidlər