Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində Məzun Günü keçirilib

28 iyun 2024 | 16:22

İyunun 25-də Mingəçevir Dövlət Universitetində ˝Məzun Günü-2024˝ keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri, “Azərbaycan İES” MMC-nin direktoru, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyət üzvləri, professor-müəllim heyəti, şəhid ailələrinin üzvləri, tələbələr, magistrantlar və onların valideynləri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, xoş arzu və istəklərini çatdırıblar. Qeyd olunub ki, cari ildə magistratura səviyyəsi üzrə 69 magistrant olmaqla ümumilikdə 750 tələbə universitetdən məzun olub. YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, MDU TEC-in sədri Günəş Şəfaqətov, MDU-nun qonaq professorları Cemal Yılmaz və Evren Gecer məzunlara təbriklərini və xoş arzularını çatdırmaqla gənclərin universitetdən sonrakı həyatlarında müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarının davamlı artırılmasını diləyib, nailiyyətlər arzulayıblar.

Keçidlər