Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində Heydər Əliyev və Gənclər siyasəti adlı tədbir keçirildi

01 fevral 2023 | 16:30

YAP Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev və Gənclər siyasəti” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin təşkilatçıları qismində Mingəçevir Dövlət Universitetinin rəhbərliyi və ilk partiya təşkilatı yaxından iştirak etmişdir. Universitetin kiçik zalında təşkil olunan tədbiri Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov açaraq iştirakçıları salamlamış, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2 fevral Gənclər Günü münasibəti ilə təşkil olunan tədbirin məram və məqsədləri haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, tədbirdə 44 günlük Vətən müharibəsində fədakarlıq göstərən qazilərimiz, YAP fəallarından ibarət tələbə-gənclər fəal mövqedə dayanaraq iştirak edirlər. Ulu öndərimiz məhz belə gəncliyi nümunə götürərərək qeyd etmişdir ki, “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir, çünki bizim bu günkü gənclərimiz sağlam düşüncəli, vətənpərvər, xalqını və millətini sevən gənclərdir”. Bəli, cənab Prezidentimiz İlham Əliyevn dediyi kimi, 44 günlük Vətən müharibəsinin qalibiyyətlə başa vurulmasında gənclərimizin xüsusi rolu vardır. Məhz bu gənclərin fədakarlığı nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilmişdir. Dövlətimiz, ölkə rəhbərimiz gənclərimizin inkişafna, yüksəlişinə, tərəqqisinə diqqət və qayğısını əsirgəmir. Bu gün universitetimizdə təhsil alan yüzlərlə gənc öz bilik və bacarıqlarını artırmaqla yanaşı vətənimizə sədaqətlə xidmət göstərirlər. YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayevə etimad göstrilməsi, onun şəhərimizin ən öndə gedən partiyasına sədr təyin olunması bunu bir daha sübut edir. Öz əməli işi ilə bu hörmətə layiq görülən təşkilat sədri əminəm ki, bundan sonra da tutduğu vəzifənin öhdəsindən layiqincə gələcəkdir. Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək qeyd etdi ki, ona göstərilən bu etimad bütün Mingəçevir gənclərinə göstərilən diqqətin bariz nümunəsidir. B.Mustafayev Mingəçevir Dövlət Universiteti ilə YAP Mingəçevir şəhər təşkilatının sıx əlaqələrinə toxunaraq bildirdi ki, universitetin fəal gəncləri partiyamızın ən aparıcı qüvvələri sırasındadır. Məhz bizim birgə fəaliyyətimiz işimizin daha uğurlu olmasına təkan verir. Mingəçevir təsadüfən gənclər paytaxtı seçilməmişdir. Gənclərimizin yaradıcılıq nümunələri işgüzarlıqları burada öz bəhrəsini verir. Əminliklə bildirmək istəyirəm ki, YAP Mingəçevir şəhər təşkilatının sədri olaraq qapımız gənclərimizin üzünə həmişə açıqdır. İstənilən vaxt bizə müraciət edib dəstək ala bilərsiniz. B.Mustafayev Ulu Öndər Əliyevin irsinin öyrənilməsində yaxından iştirak etdiyinə görə Mingəçevir Dövlət Universitetin rəhbərliyinə, kollektivinə minnətdarlığını ifadə etdi. Tədbirdə iştirak edən qazilərin fəallığını xüsusilə qiymətləndirərək onların keçdiyi şərəfli yoldan nümunələr gətirdi. Sonda gəncləri 2 fevral Gənclər Günü münasibəti lə təbrik edərək onlara ən xoş arzularını bildirdi. Sonra Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin Gənclər siyasəti ilə bağlı videoçarx nümayiş olundu. Tədbirdə universitetin müəllim və tələbələrindən Məryəm Əsədova, Leyla Əlizadə, Hikmət Qafarov, Şəbnəm İslamova, Aytac Cavadova, Namiq Qədimov, iştirakçılardan Nahid Musayev, Vətən müharibəsi qazisi Pərviz Məmmədov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin 100 illiyi və 2 fevral Gənclər Günü ilıə bağlı ürək sözlərini dedilər, təklif və mülahizələrini bildirdilər. Açıq diskussiya şəklində keçirilən tədbir maraqlı sual cavablarla davam etdi. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev iştirakçıları maraqlandıran məsələlər ətrafında fikirlər söylədilər. Tədbirdə Universitetin fəal gənclərindən Hikmət Qafarova, Şəbnəm İslamovaya və Aytac Cavadovaya YAP Mingəçevir şəhər təşkilatının Təşəkkürnaməsi təqdim olundu. Tədbirdən xatirə olaraq şəhər qaziləri ilə universitet və YAP şəhər təşkilatının rəhbərləri şəkil çəkdirdilər.

Keçidlər