Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Respublika elmi konfransı keçirilib
02 may 2025 | 15:46
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətnin başçısı İlham İsmayılov, MDU-nun yeni rektoru Anar Eminov , Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov və Akademiyanın müşaviri Adil Qəribov, Milli Məclisin üzvü Aydın Mirzəzadə, YAP Mingəçevir təşkilatının sədri Bəxtiyar Mustafayev və Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılovun məruzələri dinlənilib. Onlar müstəqilliyimizin və suverenliyimizin formalaşmasında, elm və təhsilimizin inkişafında, enerji təhlükəsizliyimizdə, YAP-ın tarixində və ilk Konstitusiyamızın hazırlanmasında Heydər Əliyevin müstəsna rolu ilə bağlı fikirlərini bölüşüblər.