Mingəçevir Dövlət Universitetində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilmişdir.
22 noyabr 2024 | 18:09
Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində “Ailə ənənələrinin möhkəmləndirilməsi, sağlamlığın qorunması, sağlam qidalanmanın təbliği, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri,insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.
Seminarda Ailə ənənələrinin anlayışı və ailənin möhkəmləndirilməsinin psixoloji yolları, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri, insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi, insanların sağlamlığın qorunması, sağlam qidalanmanın təbliği, uşaq və yeniyetmələr arasında intihar hallarının, məişət zorakılığı hallarının qarşısının alınması, onların asudə vaxtlarının səmərəli təşkili mövzularında çıxışlar edilmişdir.
Sonda videoçarx nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.