Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində elmi-praktik konfrans keçirildi.

28 fevral 2023 | 17:02

“Heydər Əliyev ili” çərçivəsində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə həsr olunan “Ümummilli lider: tarix yaradan Heydər Əliyev nümunəsi” mövzusunda birinci elmi-praktik konfrans keçirilmişdir. Mingəçevir Dövlət Universiteti və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının birgə təşkil etdiyi konfrans fevralın 28-də Mingəçevir Dövlət Universitetinin akt zalında baş tutmuşdur. Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunmasını təqdir edərək bildirdi ki, ulu öndərin həyat və fəaliyyətinin öyrənilməsi qarşımızda duran mühüm vəszifələrdəndir. Buna görə də bu günkü elmi- praktik konfransı Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı ilə birlikdə təşkil edərək ulu öndərin həyatnın maraqlı məqamlarının öyrənilməsini nəzərdə tutmuşuq. Hesab edirəm ki, konfransda dinlənilən maraqlı mühazirələr sizin də diqqətinizi cəlb edəcək. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək konfransın işinə uğurlar arzulamış, ulu öndərin həyatının öyrənilməsinin vacibliyini vurğulamışdır. Sonra konfransda “Qəlblərdə və xatirələrdə əbədiləşən ümummili lider Heydər Əliyev ” adlı videoçarx nümayuiş olunmuşdur. Proqrama uyğun olaraq konfransda MDU-nun müəllimi Fəridə Həsənli “Heydər Əliyev Azərbaycanda milli oyanışın xarakteri və müstəqilliyə doğru böyük qayıdışın başlanması”, MDU-nun müəllimi Saqib Məmmədov “Azərbaycan Respublikasında neft sənayesinin bərpası və inkişafı sahəsində Heydər Əliyevin misilsiz xidmətləri”, MDU nun müəllimi Tansu Əhmədzadə “Azərbaycan Respublikasının maliyyə sisteminin formalaşmasında və inkişaf etməsində Heydər Əliyevin möhtəşəm tarixi rolu”, MDU-nun müəllimi Natavan Vəliyeva “Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə iqtisadiyyatın aqrar sektorunun inkişaf tendensiyaları” mövzularında məruzlərlə çıxış etmişlər. Sonda YAP sıralarına yeni qəbul olunan tələbələrə vəsiqələr verilmişdir. müzakirələr olmuşdur.

Keçidlər