Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində Elmi nəzəri konfrans keçirildi

17 oktyabr 2022 | 17:24

Oktyabrın 17-də Mingəçevir Dövlət Universitetində Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Universiteti ilə birgə 18 oktyabr Müstəqilliyin bərpası gününə həsr edilmiş “Davamlı İnkişaf edən Müstəqil Azərbaycan” mövzusunda Elmi-nəzəri konfrans keçirilmişdir. Konfrans öz işinə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə və Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başladı. Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov açaraq konfransda iştirak edən qonaqları, universitetin professor-müəllim heyətini və tələbələri, universitet ictimai-nəzarət şurasının üzvlərini salamladıqdan sonra konfransın məram və məqsədini açıqladı. Qeyd etdi ki, 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyinin bərpası günü kimi tarixə düşmüşdür. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti birgə elmi-nəzəri konfrans keçirməyi qərara almışdır. Hesab edirəm ki, bu gün maraqlı mühazirələr dinləniləcək və ötən illərə baxış keçiriləcəkdir. Bizə göstərdiyi dəstəyə görə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova minnətdarlığımı bildirirəm. Sonra konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi. O, konkret olaraq Azərbaycanda Dövlət Müstəqilliyinin yaranma tarixindən danışdı. Dinləyicilərə dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 28 May gününün Dövlət Müstəqilliyi günü kimi, 18 oktyabr tarixinin isə Dövlət Müstəqilliyinin bərpası günü kimi qeyd olunduğunu diqqətə çatdırdı. Vurğulandı ki, müstəqilliyi qazanmaq nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir. Müstəqil Azərbaycanın bir dövlət kimi təşəkkül tapmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışan şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin iqtisadi qüdrətinin güclənməsindən, ilbəil bazası genişlənən və güclənən Milli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdəm danışaraq bayram münasibəti ilə təbriklərini çatdırdı. Tədbirdə Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov çıxış edərək iştirakçılara salamlarını çatdırdı, Lənkəran Universiteti ilə Mingəçevir Dövlət Universiteti arasındakı qarşılıqlı əlaqələrdən bəhs etdi. Sonra məruzələr dinlınildi. Nizami Xzeynalov “Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının tarixi zəruriliyi və əhəmiyyəti”, Telman İmanov “Xalqın rifahına həsr edilmiş həyat: iqtisadi siyasət müstəvisində”, Esmira Cəfərova “Müstəqilliyimiz bu gün: reallıqlar və perspektivlər”, Gülbəniz Əliyeva “Müstəqillik zirvəsi- dinamik iqtisadi inkişaf fonunda müasir qüdrətli Azərbaycan reallığı”, Elnur Salahov “Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin salnaməsinə qızıl hərflərlə yazıılmış zəfər tarixidir”, Zaur Məmmədov “Dövlət Müsəqilliyinin bərpasından sonra Aərbaycanın tarixi siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq” mövzularında məruzələrlə çıxış etdilər. Məruzələr dinlənildikdən sonra Mingəçevir Dövlət Universitetinin rektoru konfransa yekun vurdu.

Keçidlər