Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Univerisitetində Bilik günü təntənəli şəkildə qeyd olundu

15 sentyabr 2023 | 16:31

Hər il ənənəvi olaraq sentyabr ayının 15-də Mingəçevir Dövlət Univerisitetində Bilik günü təntənəli şəkildə qeyd olunur. Bu ilki tədris ilində də Bilik günü Mingəçevir Dövlət Univerisitetinə qəbul olan birinci kurs tələbələrinin iştirakı ilə qeyd edildi. Tədbirdə tələbələrin valideynləri, universitetin professor müəlllim heyətinin üzvləri ilə yanaşı, şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və qonaqlar iştirak edirdilər. Tədbir öncəsi ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Tədbirdə Mingəçevir Dövlət Univerisitetinin rektoru Şahin Bayramov, İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək ötən tədris ilində Universitetin əldə etdiyi nailiyyətlərdən bəhs etməklə yanaşı, Bilik günü münasibəti ilə tələbələri, universitetin professor müəlllim heyətini təbrik etdilər. Tədbirdə 648 bal toplayaraq universitetə daxil olan I kurs tələbəsi Şəmsiyyə Mustafayeva, şəhid övladı Ömər İsgəndərov, 91 bal toplayaraq magistr pilləsinə daxil olmuş Məleykə Əhmədova və şəhid anası Aygün xanım çıxış edərək Bilik günü münasibəti ilə tələbələrə öz arzu və istəklərini çatdırdılar. Universitet rəhbərliyi yüksək bal toplayaraq universitetə daxil olan bir qrup tələbəyə hədiyyələr təqdim etdi.

Keçidlər