Mingəçevir Dövlət Dram Teatrında yeni "Ağ-qara"tamaşası nümayiş olundu.
17 oktyabr 2024 | 14:55
Oktyabrın 16-də Mingəçevirdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində daha bir tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı sərəncama əsasən Mingəçevir şəhər İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb, silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Mingəçevir Dövlət Dram Teatrında Respublikanın Əməkdar artisti İntiqam Soltanın ssenari müəllifliyi və rejissorluğu ilə hazırlanan, rəngarəng dünyadan bəhs edən "Ağ-Qara" tamaşasının təqdimatı oldu. Tədbirə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və əməkdaşları, Mərkəzi Aran Regional Mədəniyyət, Təhsil, İdman İdarlərinin rəhbərliyi, YAP şəhər təşkilatının, şəhər Bələdiyyəsinin, ictimaiyyət və media nümayəndələri, əmək və müharibə veteranları, MDU, Tibb Kolleci və Turizm Kollecinin təmsilçiləri, MŞX-nın nümayəndələri, şəhid ailələrinin nümayəndələri, tələbə gənclər dəvət olunmuşdular.
Tamaşanın təqdimatından öncə mövzu ilə əlaqədar videoçarx nümayiş olundu. Bir oyunçunun (Lalə Abuşova) üzərində qurulmuş mono-tamaşa tamaşaçılara dünyanı ağuşuna almış ekoloji problemləri, bu dünyada 250-300 illik yaşama şansı olan, lakin nəsli kəsilməkdə olan bir tısbağanın dilindən dinləmək imkanı yaradıb. Tamaşaçıların alqışları ilə yekunlaşan əsərin təqdimatından sonra tamaşanın ərsəyə gəlməsində xidmətləri olan teatr əməkdaşları səhnədə həmrəylik nümayiş etdirdilər. Ssenari müəllifi və rejissoru İntiqam Soltan tamaşanın məktəblilərə, gənclərə də nümayiş etdiriləcəyini bildirdi.
Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tamaşanın ərsəyə gəlməsində xidmətləri olan bütün əməkdaşlara minnətdarlığını bildirdi. Qeyd etdi ki, həyatı boyu cəmiyyətin sağlamlığına, ekologiyanın qorunmasına xüsusi diqqət göstərən Ulu Öndər Heydər Əliyevin xəttini uğurla davam etdirən cənab Prezidentin imzaladığı bu mühüm sərəncamın icrası ilə bağlı Mingəçevirdə tədbirlər keçirilib. Bununla əlaqədar ilin əvvəlindən yaşıllıq zolaqlarında 10000-ə qədər müxtəlif növ həmişəyaşıl ağac tingləri və dekorativ gül kolları əkilib. İlin sonuna qədər yenidən 10000 ədəd müxtəlif növ həmişəyaşıl ağac tingləri və dekorativ gül kolları əkiləcəkdir ki, bu da havanın təmizlənməsinə olan töhfələrdən sayılır. Bildiyiniz kimi, noyabr ayında cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə COP29 tədbiri keçiriləcək və bu tədbirə dünyanın müxtəlif ölkələrindən 80 mindən çox insan iştirak edəcək. 2015-ci ilin dekabrında BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvernsiyasına üzv ölkələrin 21-ci konfranslnda qəbul olunan Paris razılaşmasına əsasən keçirilən beynəlxalq tədbirə Azərbaycanın ev sahbliyi etməsi dövlətimizin uğurudur, möhtərəm Prezidentimizin dünyada nüfuzunun göstəricisidir. Cəmiyyətin sağlamlığı, gələcəyi, uşaqların sağlam böyüməsi, uğurlu sabahı üçün hər birimiz təmizliyə riayət etməli, havanın, küçələrin, yolların, yaşadığımız, işlədiyimiz ərazilərin təmizliyinə riayət etməliyik. Bu həm də bir məsuliyyətdir.
Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət, Təhsil İdarərlərinin rəhbərləri Aydın Bəşirov, Elçin Kərimov, MDU-nun baş müəllimi Günəş Şəfaqətov, Uşaq Gənclər İnklişaf Mərkəzinin əməkdaşı Ülviyyə Kərimova çıxış edərək fikirlərini bölüşdülər, tamaşanın əhəmiyyətindən danışdılar.