Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Dram Teatrında Mingəçevir şəhərinin 77 illiyi münasibətilə tədbir keçirildi

12 noyabr 2025 | 14:36

Noyabrın 11-də Mingəçevirin şəhər statusu almasının 77 illiyi münasibəti ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının və şəhər Bələdiyyəsinin sədrləri, ictimaiyyət və mətbuat nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Mingəçevir Dövlət Dram Teatrında təşkil olunan tədbirdə əvvəlcə teatrın foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra Mingəçevir haqqında film nümayiş olunub. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi anıldıqdan və Dövlət Himni səsləndirildikdən sonra çıxış edən ŞİH-in başçısı Mingəçevirin yaranma tarixindən, ilk quruculuq illərindən, şəhərin pillə-pillə yüksəlməsindən, genişlənməsindən danışıb. Şəhərin müasir dövrdəki inkişaf mərhələsindən söz açan İ.İsmayılov Prezident İlham Əliyevin bilavasitə göstərişi ilə həyata keçirilən tədbirlərə toxunaraq bildirib ki, Mingəçevirdə sakinlərin arzu və istəyinə uyğun yeni park və xiyabanlar yaradılır, məhəllələr abadlaşır, nümunəvi istirahət məskənləri, idman meydançaları salınır, yaşıllıq zolaqları genişlənir.

Sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək həmyerlilərini təbrik edib, onlara xoş arzularını çatdırıb.

Mingəçevirin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə ŞİH-in Fəxri fərmanları təqdim olunduqdan sonra şəhərin incəsənət ustalarının və paytaxtdan gələn müğənnilərin konsert proqramı təqdim olunub.Tədbirin sonunda atəşfəşanlıq olub.

Keçidlər