Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Bələdiyyəsinin akt zalında seminar-müşavirə keçirilib

08 dekabr 2023 | 17:53

Dekabrın 8-də “Yerli İcra Hakimiyyətləri və özünüidarəetmə orqanlarının, eləcə də mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərinin idarə, müəssisə və təşkilatların 2023-cü il üçün mülki müdafiə tədbirləri planının icrası və 2024-cü il ərzində Mülki Müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin və FHN Aran regional Mərkəzinin birgə keçirdiyi tədvbirdə şəhərin idarə, müəssisə və təşkilatlarının təmsilçiləri iştirak ediblər. Görüşü şəhər İcra Hakimiyyətinin başçısı aparatının Ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, mülki müdafiə qərargahının rəisi Xanlar Qurbanov açaraq şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını çatdırıb. Qeyd edib ki, şəhər ərazisində mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların, əhalinin və işçilərin mülki-müdafiəyə hazırlığının təşkili ilk növbədə həmin qurumların illik mülki-müdafiə üzrə tədbirlər və fəaliyyət planlarının tərtibindən başlanır. Bu tədbirlərin həyata keçirilməsi bilavasitə həmin regiona xas olan təbii, texnogen hadisələrin baş verə biləcəyi təqdirdə əhalinin və işçilərin maksimum təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Mingəçevir şəhər İcra Hakimiyyəti və onun nəzdində fəaliyyət göstərən şəhər Fövqəladə Hallar Komissiyası qeyd olunan vəzifələrin uğurla yerinə yetirilməsi üçün şəhərimizin coğrafi məkanına uyğun olaraq baş verə biləcək və ehtimal olunan təbii və texnogen xarakterli hadisələrin qarşısının vaxtında alınması üçün əvvəlcədən proqnozlaşdırma işlərini görür və bu sahədə hər bir qurumun üzərinə düşən vəzifələri müəyyən etməklə, onların bir-birilə əlaqəsinin qurulması, əhalinin və işçilərin bu işə hazırlığına xüsusi diqqət yetirir. Məhz belə bir işin təşkilinin nəticəsidir ki, son illərdə baş vermiş təbii fövqəladə hadisələr zamanı heç bir ciddi itki baş verməmişdir. Mingəçevir şəhərində iş FHN-nin Aran Regional Mərkəzi və digər yerli qurumları ilə əlaqəli şəkildə qurulur, şəhər ərazisində mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların, əhalinin və işçilərin mülki müdafiə hazırlığı məsələləri həmişə diqqət mərkəzində saxlanılır, bununla bağlı birgə tədbirlər həyata keçirilir. Bu tədbirlər içərisində 01 Mart-Ümumdünya Mülki Müdafiə Günü əsas yerlərdən tutur. Belə ki, həmin günlə bağlı mövzu üzrə bütün təşkilatlarda tədbirlər planlarına uyğun olaraq tədbirlər keçirilir, seçmə yolla onlarda birgə iştirak edir, Mülki müdafiə, onun əhəmiyyəti haqqında adamlarla söhbətlər aparır, onların hazırlıq səviyyələrinin artırılmasına xüsusi diqqət yetirilir. Bu məsələ yekunda şəhər İcra Hakimiyyətində müzakirə olunur və qiymətləndirilir. Təsdiq olunmuş plan-qrafikə uyğun olaraq 2023-ci ildə müxtəlif kateqoriyadan olan 28 nəfər dinləyici Mülki müdafiə kurslarında hazırlıq keçmişlər. Eləcə də mütəmadi olaraq tədbirlər planlarına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda mülki müdafiə tədbirlərində iştirak edir, obyektlərin, işçilərin mülki müdafiəyə hazırlıq səviyyəsinə bir növ baxış keçirilir. Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Komissiyası daim bu mühüm məsələni diqqət mərkəzində saxlayır və bu sahədə qarşıya çıxacaq hər hansı bir məsələnin həll olunması istiqamətində əməli tədbirlər görür. FHN Aran Regional Mərkəzinin mülki müdafiə idarəsinin rəisi Elşən Bəşirov, FHN Aran Regional Mərkəzinin mülki müdafiə idarəsinin şöbə rəisi Vüqar İbrahimli, FHN Aran Regional Mərkəzinin mülki müdafiə idarəsinin şöbə rəisi Xəqani Əiliyev geniş məruzələrlə çıxış etmişlər. Çıxışlardan sonra diskussiya aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər