Mingəçevir Bələdiyyəsi "Konstitusiya və Suverenlik" ili ilə bağlı tədbir keçirdi.
24 aprel 2025 | 10:39
Mingəçevir bələdiyyəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Konstitusiyanın əhəmiyyəti, dövlət suverenliyinin möhkəmləndirilməsi, vətəndaş məsuliyyəti mövzularına toxunuldu. Çıxışlarda gənclərin cəmiyyətin inkişafındakı rolu, hüquqi maarifləndirmə və yerli özünüidarədə fəallığın artırılması xüsusi vurğulandı.