Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir "ASAN Peşə" Təhsil Mərkəzində Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə İdeoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq “Gender bərabərliyi” mövzusunda tədbir keçirilmişdir

21 noyabr 2024 | 15:55

Tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli bildirmişdir ki, insan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Gender bərabərliyi - qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti; irsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.

Daha sonra Şəhər İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə çıxış edərək gender əsaslı zorakılıq, gender əsaslı zorakılığın mahiyyəti və formaları, gender problemi və gender bərabərliyinin təmin olunmasının dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durmasından və gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazım olduğunu vurğulamışdır.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır

Keçidlər