Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir 74 Ad günün mübarək, doğma şəhərim

11 noyabr 2022 | 10:46

Mingəçevirin şəhər statusu almasının 74-cü ildönümü ərəfəsində şəhərimizdə bir sıra maraqlı tədbirlər həyata keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan tədbirlər planına müvafiq olaraq öncə ulu öndır Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri qoyuldu. Sonra Zəfər Günü şərəfinə hazırlanan istirahət zonasına baxış keçirildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, YAP şəhər təşkilatının sədr müavini, hüquq mühafizə orqanlarını rəhbərləri şəhər ictimaiyyətinin nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin işçiləri tədbirldə iştirak edirdilər. İstirahət zonasının yaxınlığındakı ərazidə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi mübasibəti ilə ağac əkmə kampaniyası keçirildi. Ağac əkmə kampaniyasında şəhər rəhbərliyi ilə yanaşı YAP fəalları və ictimaiyyət nümayəndələri fəallıq göstərdilər. 150-yə yaxın ağac tingləri əkildi. Tədbir sonra Mingəçevir Dövlət Dram Teatrı dairəsindəki Teatr Meydanında davam etdi. Təqdim olunan konsert proqramı alqışlarla qarşılandı. İştirakçılar meydanda təşkil olunan sərgiyı baxış keçirdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin gedişatı zamanı vətəndaşlarla görüşərək söhbət əsnasında ürək sözlərini dedi. Çıxışı zamanı Mingəçevirin şəhər statusu almasından danışaraq şəhərimizin tarixinə, keçmişinə, bu gününə nəzər saldı. Hər bir şəhər sakininə Mingəçevirin ad günü münasibəti ilə ürəkdən təbriklərini çatdirdı. Ulu öndər Heydər Əliyevin şəhərimizə göstərdiyi diqqət və qayğılardan danışdı. Dövlətimizin başçısı İlham Əliyevin qayğısından söz açaraq regionaların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən quruculuq işlərindən bəhs etdi. 44 günlük Vətən müharibəsindəki Şanlı qələbədən fərəhlə danışdı. Tədbirin sonunda şəhər rəhbəri Mingçevirin inkşafındakı xidmətlərinə, fəallığına görə energetik Adil İsmayılova, Mingəçevir kənd icmasının sədri Etibar Əhmədova, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirova və Tibb Kollecinin direktoru Fikrət Zeynalova Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim etdi.

Keçidlər