Milli Qəhrəman Rəşad Mirabovun atası, son mənzilə yola salındı.
17 noyabr 2025 | 12:32
Milli Qəhrəman Rəşad Mirabovun atası, son mənzilə yola salındı.
Dəfn mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mədəniyyət Nazirliyinin nümayəndələri, Şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, yazıçı, şair, incəsənət adamları, ictimai fəallar və Mingəçevir ictimaiyyəti mərhuma son ehtiramlarını bildiriblər.
Vida mərasimində çıxış edən İlham İsmayılov qeyd etdi ki, Akif Mirabov uzun illər Azərbaycanın mədəniyyət sahəsində fəaliyyət göstərmiş, səhnə sənətinə böyük töhfələr vermiş bir sənətkar idi. O, aktyorluq fəaliyyəti, mədəni tədbirlərdə iştirakı, həmçinin gənc nəslin sənətə yönləndirilməsində fəal rolu ilə tanınırdı. Səmimiyyəti, sənətə olan sevgisi və davranış mədəniyyəti ilə hər zaman hörmət qazanmışdı.
Rəşad Mirabov — Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş, ölkəmizin ən yüksək fəxri adı olan “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş igid döyüşçülərdən biridir. O, gənc yaşlarından Vətənə bağlılığı, döyüşlərdə göstərdiyi şücaət, iradə və qəhrəmanlığı ilə yadda qalıb. Şəhidlik zirvəsinə ucalan Rəşad Mirabov bu gün də Azərbaycan gəncliyi üçün Vətən sevgisi və fədakarlıq nümunəsi kimi tanınır.
Mərasim zamanı Akif Mirabovun sənətə verdiyi töhfələr, mədəniyyət sahəsindəki fəaliyyəti və ömür yolunun xalq üçün dəyəri xüsusi vurğulanıb.
Milli Qəhrəman Rəşad Mirabovun ailəsinə göstərilən sayğı və diqqət, dövlətin şəhid ailələrinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.