Şriftin ölçüsü :
Saytın rəngi :
29 yanvar 2026-cı il tarixdə Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adına olan 4 nömrəli tam orta məktəbdə onun xatirə büstünün rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın Elm və Təhsil Naziri Emin Əmrullayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhidin ailə üzvləri, məktəb kollektivi və digər qonaqlar da iştirak ediblər. Tədbirdə çıxış edənlər qəhrəmanların xatirəsinin məktəb mühitində yaşadılmasının gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.
2025-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovın göstərişinə əsasən , onun xatirəsi üçün barelyef və xatirə bulağı açılıb.