Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş filmin təqdimatı keçirilib
11 iyun 2026 | 15:35
Mingəçevirdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun şücaətindən bəhs edən süni intellektlə hazrlanmış “Düşmənə qarşı tək” filminin təqdimatı olub. İyunun 11-də Mingəçevir Dövlət Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun şücaətindən bəhs edən süni intellektlə hazrlanmış “Düşmənə qarşı tək” filminin təqdimatı olub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, qəhrəmanın ailə üzvləri, hüquq-mühafizə orqanlarının, Mingəçevir Bələdiyyəsinin, YAP şəhər təşkilatının, MDU-nun, Tibb Kollecinin və Turizm Kollecinin rəhbərləri və əməkdaşları, müharibə və əmək veteranları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin təmsilçiləri, mətbuat işçiləri, o cümlədən Bakı, Gəncə, Yevlax və Ağdaş şəhərlərindən gələn qonaqlar iştirak ediblər. Təqdimatdan öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən “SOY” Production şirkətinin və layihənin rəhbəri, əməkdar artist Dilarə Əliyeva filmin şirkətin nəzdində hazırlanmış üçüncü intellekt filmi olduğunu deyərək bildirib ki, burada real aktyorlar oynamasa da, real rejissor meydançada olmasa da, real operator işləməsə də, real səs rejissoru çalışmasa da film çox realdır və Qəhrəmanımıza olan ehtiramımızdır. Filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Bakı Media Mərkəzinə, onun rəhbəri Arzu Əliyevaya minnətdarlıq ifadə edilib. Sonra film nümayiş olunub. 25 dəqiqlik film işləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ötən illərə nəzər salaraq birinci Qarabağ, 44 günlük Vətən müharibələrində, həmçinin digər döyüş əməliyyatlarında qəhrəmanlıqla döyüşən, şücaətlər göstərən şəhidlərimizin, qazilərimizin vətənpərvərliyini, fədakarlıqlarını qeyd edib. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi torpaqlarımızın qorunması uğrunda gedən döyüşlərdən bəhs edib. Döyüşlərdə fədakarlıq göstərən, canından keçən şəhidlərimizin hər biri haqqında filmin çəkilməsi istəyini dilə gətirərək bu cür layihələrin gənc nəslin tariximizi öyrənməsinə dəstək olacağını bildirib. Uzun illərdən sonra ədalətin qələbə çaldığını deyən şəhər rəhbəri fərəhlə vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımız azad olunub və bu gün həmin yurd yerlərinin sakinləri öz ata yurdlarına qayıdırlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onlara ehtiramımız sonsuzdur. Qəhrəmanın qardsşı Nofəl Qasımov göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, şəhər rəhbərliyinə, filmin ərsəyə gəlməsində xidməti olan hər kəsə minnətdarlığıni ifadə edib.