Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Dirçəliş Günü qeyd olundu

17 noyabr 2022 | 16:59

17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə “Milli Dirçəlişimizdə ümummilli lider Heydər Əliyevin tarixi rolu” mövzusunda Mingəçevir şəhər İcra Hakimiyyətin Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı ilə birgə konfrans keçirib. Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının iclas zalında keçirilən toplantıya idarə, müəssisə və təşkilat rəhbərləri ilə yanaşı partiya fəalları, ictimaiyyət nümayəndələri dəvət olunmuşdular. Konfransı açan Mingəçevir şəhər İcra Hakimiyyətin başçısı İlham İsmayılov müstəqilliyimizin əldə olunmasında, torpaqlarımızın azad edilməsində şəhidlik zirvəsinə ucalan insanların və eləcə də ulu öndər Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra icra başçısı 1988-ci il noyabrın 17-də baş verən hadisələr haqqında qısa məlumatla çıxış etdi. Bildirdi ki, həmin vaxt xalqın səbri tükəndiyindən etiraz mitinqləri keçirilirdi. Bu əsasən Ermənistanın Azərbaycana qarşı qərəzli fəaliyyətlərinə keçmiş ittifaq rəhbərlərinin birtərəfli mövqeyinə aid idi. Eyni zamanda xalq öz haqq səsini qaldıraraq suverenlik tələb edir, azadlığa qovuşmağa can atırdı. Bu dövrlərdə xalqına sədaqət və etibar bəsləyən ulu öndər Heydər Əliyev xalqın yanında idi. Onun dərdinə, sərinə şərik çıxdığını bəyan edirdi. 1988-ci il dekabrın 4-də etiraz mitinqləri başa çatdıqdan sonra da xalq öz tələbini durmadan irəli sürürdü. Azadlığa qovuşmaq mövqeyini, istəyini bildirirdi. Odur ki, 17 noyabr Milli Dirçəliş Günü xalqımızın tarixinə əbədi yazılan bir hadisədir. Buna görə də Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı birgə konfrans keçirməyi qərara aldı. Konfransda Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev “Heydər Əliyev Azərbaycanın Milli Dirçəlişinə təminat yaradan tarixi şəxsiyyətdir”, 7 nömrəli tam orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov “17 noyabr Azərbaycanın Milli Dirçəliş tarixi, dövlət müstəqilliyinin əldə edilməsində mühüm amildir”, Mingəçevir Dövlət Universitetinin humanitar fənlər kafedrasının müəllimi Vüsalə Mövlayeva “Ölkə Prezidenti İlham Əliyev müasir dövrdə milli inkişafımızın təminatçısıdır” mövzularında məruzələrlə çıxış etmişlər. Konfransın işinə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətin başçısı İlham İsmayılov iştirakçıları bir daha Milli Dirçəliş Günü münasibəti ilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulamışdır.

Keçidlər