Şriftin ölçüsü :
Saytın rəngi :
27.04.2026-cı il tarixdə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun əməkdaşları Xanlar Qurbanov, Hafis Əsədov, idarə rəhbərliyi və Mənzil İstismar Sahələrinin rəislərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2025-ci il tarixli 744 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 2-ci bəndinin icrası ilə bağlı iclas keçirilmişdir. İclasda Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olan, kollektiv mühafizə qurğuları üçün nəzərdə tutulmuş yaşayış binalarının zirzəmilərinin (sığınacaq-daldalanacaq) mövcud vəziyyəti müzakirə olunmuş və zirzəmilərin təmiz və quru vəziyyətdə saxlanılması üçün müfvafiq tədbirlərin görülməsi ilə bağlı MİS rəislərinə tapşırıqlar verilmişdir.