Məktəblərdə Son Zəng çalındı
13 iyun 2026 | 12:42
İyunun 13-də ölkəmizin bütün tam orta məktəblərində Son Zəng tədbirləri keçirilib. Mingəçevir şəhər S. Vurğun adına 16 nömrəli Texniki və Təbiət Fənləri Təmayüllü Liseyində keçirilən tədbirdə yaddaqalan anlar yaşandı. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, şəhid anaları Azadə Abdullayevanın, Kamilə Rzayevanın, şəhid atası Eldar İsmayılovun tədbirdə iştirak etməsi Liseyin rəhbərliyində, müəllimlərdə, məktəblilərdə xoş təəssürat yaratdı. Tədbir torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Azərvaycanın Dövlət Himni ifa olunub. Mahnı çələngi, vətənpərvəlik duyğulu şeirlır, rəqslərlə zəngin olan kompozisiya alqışlarla qarşılandı. Liseyin direktoru Aygun Quliyeva bu il liseyi 59 şagird bitirdiyini bildirib, fənn olimpiadalarında və bilik yarışlarında, respublika və beynəlxalq müsabiqələrində qazanılan uğurlardan, tədris prosesində tətbiq olunan yeniliklərdən söz açıb. Mingəçevir təhsil sektorunun müdiri Rüstəm Aslanov şəhərin təhsil ocaqlarında tədrisin yüksək keyfiyyətindən, məktəblilərin uğurlarından, buraxılış intahanlarında yüksək nəticə göstərdiklərindən bəhs edib. Tədris ilində məzun olan 1456 gəncə nailiyyətlər, tələbə olmaq sevincini yaşamağı arzu edib. Tədbirdə çıxış edən İcra başçlsı İlham İsmayılov Azərbaycan təhsilinin uğurlarının ulu öndər Heydər Əliyevin adı iıə bağlı olduğunu qeyd edib. Ötən illər ərzində təhsilimizin keçdiyi inkişaf yolundan danışaraq cənab Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan fərəhlə söz açıb. Təhsil ocaqlarında uşaq və gənclərin tərbiyəsi, vətənpərvərlik ruhunda böyüməsi, ləyaqətli övlad kimi yetişməsi üçün müəllimlərin xidmətlərini vurğulayıb. Qeyd edib ki, bu il ölkəmizin orta məktəblərini bitirən 116 min 550 məzun, o cümlədən 1456 mingəçevirli gənc müstəqil həyata qədəm qoyur. Bu gün Azərbaycanın hər bir bölgəsində, azad olunan torpaqlarımızda, Mingəçevirin təhsil ocaqlarında çox önəmli tədbir, Son Zəng mərasimləri keçirilir. Mən hər bir məzunu, müəllimləri, valideynləri ürəkdən təbrik edir, uğurlar arzulayıram Əziz məzunlar, siz yeni yolun astanasındasınız, illər boyu topladığınız biliklər, müəllimlərinizin əməyi gələcək uğurlarınızın təməlidir. Məzun adınız mübarək, bu gün bitən məktəb həyatıdır, əsl həyat dərsi və böyük qələbələr indi başlayır. İnanıram ki, hər biriniz gələcəkdə cəmiyyətimizə, xalqımıza, Vətənimizə layiq savadlı vətəndaş olacaqsınız. Yolunuz açıq olsun. Sonda çalınan Son Zəng məzunları yeni həyata səslədi.