Şriftin ölçüsü :
Saytın rəngi :
15 aprel 2026-cı il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı, pedaqoji və tələbə heyətinin iştirakı ilə “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq” mövzusunda elmi-praktik seminar keçirilmişdir.
Universitetin inzibati binasında keçirilən seminarda Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvü Qorxmaz Abbaszadə “Məişət zorakılığının qarşısının alınması sahəsində yerli icra hakimiyyəti orqanlarının həyata keçirdiyi tədbirlər” adlı mövzu ilə çıxış etmişdir.
Tədbirdə digər çıxış edənlər məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində hər zaman ən mühüm prioritetlərdən biri olduğunu qeyd ediblər.
Sonda məişət zorakılığının törətdiyi fəsadlarla bağlı videoçarx nümayiş etdirilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.