Şriftin ölçüsü :
Saytın rəngi :
30 oktyabr 2026-cı ildə Şəhər İcra Hakimiyyəti başçısı yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Mingəçevir Dövlət Universitetinin dəstəyi ilə məişət zorakılığına dair maarifləndirici görüş keçirilib. Tədbirdə İcra Hakimiyyətinin rəsmiləri, universitet tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə məişət zorakılığının fiziki, psixoloji və iqtisadi fəsadları müzakirə olunub. Çıxış edənlər – monitorinq və əlaqələndirmə qrupunun katibi Səbuhi Hüseynov və Şəhər İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə məişət zorakılığı anlayışından, həmçinin bu istiqamətdə dövlət orqanlarının fəaliyyətindən danışıblar. Psixoloq Aynaz Quliyeva isə zorakılığın psixoloji mexanizmləri, nəzarət, manipulyasiya və emosional təzyiq mövzularına toxunub. Sonda iştirakçıların sualları cavablandırılıb.