Şriftin ölçüsü :

Saytın rəngi :

MƏHƏLLƏLƏRƏ İCTİMAİ BAXIŞ KEÇİRİLDİ

15 may 2026 | 14:43

     May ayının 15 də Mingəçevirin abadlıq-quruculuq işləri başa çatmış məhəllələrinə növbəti ictimai baxış keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri, idarə və müəssislərin rəhbərləri, mətbuat və ictimaiyyət nümayəndələri, ərazilərdə yaşayan sakinlər iştirak ediblər. Qeyd olunmalıdır ki, ötən müddətdə şəhərin 75, 76 və 87-ci məhəllələrindəki yaşayış binalarının əsaslı təmiri, ərazilərin asfaltlanması, işıqlanma dirəklərinin quraşdırılması, yaşıllıq zolaqlarının yaradılması və digər işlərin uğurla yekunlaşması vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Məlumat verilib ki, M.Maqomayev, Sabir, R.Rza, Şəhriyar küçələrinin əhatə olunduğu ərazilərdə şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq əlavələr edilib. Məhəllələrdə 5 sahədə uşaqların mənalı istirahəti, fiziki sağlamlığının qorunması üçün 15 ədəd idman-əyləncə qurğusu quraşdırılıb, əraziyə asfatlt örtüyü çəkilib, yaşıllıq zolaqlarına yeni ağac tingləri əkilib, oturacaqlar və kölgəliklər yerləşdirilib, işıqlanma dirəkləri quraşdırılıb. Ərazilərin təmizliyinin qorunması, ağacların suvarılması və digər xidmət layiqincə icra edilir. Bərpa-quruculuq layihəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin, İşıqlanma İdarəsinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, Mingəçevir Bələdiyyəsinin işçilərinin göstərdiyi xidmət qənaətbəxşdir.

          Təqdimatda görülən işlərə münasibətini bildirən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişləri, regionlara göstərdiyi diqqət və qayğısı sayəsində inkişaf və tərəqqi edən Mingəçevirdə həyata keçirilən hər bir layihə vətəndaşların məmnunluğuna və rifah halının yaxşılaşdırılmasına nail olmaq əsas hədəfimizdir. Yaşayış binalarının əsaslı təmiri, dam örtüklərinin müasir materialarla əvəzlənməsi, küçə və məhəllələrdə, parklarda quruculuq içlərinin aparılması Dövlət Proqpamının layihələri çərçivəsində reallaşır. Uzun illər yığılıb qalmış problemlərin həlli, quruculuq layihələri və bu kimi işlərin uğurla icra olunması sizlərin arzu və istəkləriniz də əlavə edilməklə şəhərin hər bir ərazisini əhatə edəcəkdir, əziz sakinlər, deyən şəhər rəhbəri vətəndaşların müraciətlərinə istinad edərək müvafiq müəssisə rəhbərlərinə tapşırıqlarını verib. Şəhərin hər bir məhəlləsində böyüklər və uşaqlar üçün idman-sağlamlıq qurğularının yerləşdiriləcəyi, idman meydançalarının yaradılacağı, abadlıq və əsaslı təmir işlərinin davam etdiriləcəyi də qeyd olunub.

        Ərazilərdə yaşıllıq zolaqlarının suvarılması üçün texniki su xəttinin çəkilməsi, ağacların budanması, yeni ağac tinglərinin əkilməsi, kolgəlik və oturacaqların təmir edilməsi və rənglənməsi, işıqlanma dirəyinin yerləşdirilməsi, xeyir-şər mağarının təmir edilməsi, əlavə idman əyləncə qurğularının yerləşdirilməsi ilə bağlı təkliflər nəzarətə götürüldü.

Keçidlər