Mayın 28-də Müstəqillik günü münasibəti ilə Mingəçevir Dövlət Universitetində Mingəçevir Bələdiyyəsinin təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə böyük idman bayramı keçirilmişdir.
28 may 2022 | 12:06
Mayın 28-də Müstəqillik günü münasibəti ilə Mingəçevir Dövlət Universitetində Mingəçevir Bələdiyyəsinin təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə böyük idman bayramı keçirilmişdir. İdman bayramımda iştirak etmək üçün Mİngəçevirlə yanaşı Yevlax, Göyçay, Goranboy, Şəmkir və Balakəndən olan idmançılar da gəlmişdilər. 2007-2008-ci il təvəllüdlü idmançılar fəxri kürsünün ən yüksək pilləsini tutmaq üçün mübarizə aparırdılar.Yarışın təntənəli açılşında şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev, müavinlər və şöbə müdirləri, bələdiyyə üzvləri, idman mütəxəssisləri, ictimaiyyət nümayəndələri və mətbuat təmsilçiləri iştirak edirdilər. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək tədbir iştirakçılarını salamladı. 28 may Müstəqillik Gününün yaranma tarixindən, müstəqilliyin qorunub saxlanmasında qarşıya çıxan çətinliklərdən, Ulu öndər Heydər Əliyevin hakimiyyətiə gəlişindən sonra müstəqilliyimizin qorunub saxlanılması zamanı həyata keçirilən tədbirlərdən bəhs etdi. Möhtərəm prezdentimiz İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə apardığı uğurlu siyasətdən danışdı. İdmançılara yarışlarda fəal iştirak etməyi, yeni nailiyyətlər əldə etməyi arzuladı. Yekunda Mingəçevir komandası birinci, Göyçay komandası ikinci, Yevlax komandası üçüncü yeri tutdular. Qaliblərə medallar, kubok və hədiyyələr təqdim edildi.