Şriftin ölçüsü :

Saytın rəngi :

May ayınını 26-da Mingəçevir şəhər stadionunda 28 may Müstəqillik günü münasibəti ilə Mingəçevir şəhəri üzrə keçirilən idman oyunlarına yekun vuruldu.

26 may 2022 | 18:39

May ayınını 26-da Mingəçevir şəhər stadionunda 28 may Müstəqillik günü münasibəti ilə Mingəçevir şəhəri üzrə keçirilən idman oyunlarına yekun vuruldu. Qeyd edək ki, idman oyunlarına may ayının 21-də start verilmişdir. Şəhərin ali, orta ixtisas, peşə və ümumtəhsil orta məktəblərinin komandaları mübarizəyə qoşulmuşdular. Yekun mərhələsi isə bu gün şəhər stadionunda keçirilirdi. İdmanın voleybol, basketbol və mini futbol üzrə yarışlarında şəhərin 22 komandası öz gücünü sınayırdı. Mini futbol üzrə 6 komanda, voleybol üzrə 8 komanda, basketbol üzrə 8 komanda (məktəblilərdən ibarət) qələbə uğrunda mübarizə aparırdılar. Yaşar Məmmədzadə adına şəhər stadionunda baş tutan final mərhələsində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, təşkilatçılar- Gənclər və idman idarəsinin rəhbərliyi, YAP şəhər təşkilatının sədri, məşqçilər, mətbuat nümayəndələri final mərhələsinin gedişini izləyirdilər. Yekun mərhələsində daha yaxşı çıxış edən Mingəçevir Dövlət Universitetinin komandası mini futbol və voleybol üzrə ilk birinci yeri tutmuşlar. İkinci yerə mini futbol üzrə Turizm Kollecinin komandası, voleybol üzrə Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası layiq görüşmüşdür. Məktəblilər arasında keçirilən basketbol yarışında daha uğurla çıxış edən 8 nömrəli tam orta məktəbin komandası birinci, 10 nömrəli tam orta məktəbin komandası isə ikinci yerə layiq görülmüşlər. Qaliblərin mükafatlandırma mərasimində çıxış edən gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli yarışların gedişatı haqqında qısa məlumat verdikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 28 may Müstəqillik günü münasibəti ilə idmançılara ürək sözlərini bildirdi və onları bu əlamətdar gün münasibəti ilə təbrik edərək gələcək yarışlarda daha böyük uğurlar arzuladı. Qaliblərə diplom, kubok və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər